Op. Dr. Ellada Manafova Bakıda qəbul edən qadın proktoloq və ümumi cərrahdır. Babasil (hemorroy), anal çat, paraproktit, anal fistula, rektosele, sidik qaçırma və öd kisəsi daşlarını müasir, az travmatik üsullarla müalicə edir. Qəbul Olimp Hospitalda əvvəlcədən yazılışla aparılır.
Həkim haqqında qısaca
Dr. Ellada Manafova 2005-ci ildən cərrahdır. Azərbaycan Tibb Universitetini bitirib, mülki və hərbi cərrahiyyədə çalışıb, 44 günlük Vətən müharibəsi dövründə arxa cəbhədə cərrah kimi xidmət göstərib. Biliklərini beynəlxalq konqreslərdə, o cümlədən kolorektal cərrahların ISUCRS konqresində yeniləyir.
Onun üçün əsas məsələ budur: xəstə utandığı və ya qorxduğu üçün illərlə gözləməməlidir. Proktoloji problemlər çox yayılıb. Vaxtında müraciət edəndə onların əksəriyyəti sadə yolla həll olunur. Həkim haqqında ətraflı
Hansı problemlərlə müraciət edirlər?
Babasil (hemorroy)
Qanaxma, göynəmə, çıxan düyünlər. Erkən mərhələdə dərman və rejim, irəliləmiş mərhələdə lazer hemoroidoplastika (LHP), LigaSure və ya Longo üsulu.ƏtraflıAnal çat (fissura)
Xalq arasında ona bağırsaq çatı deyilir. Tualet zamanı və sonra kəskin ağrı, kağızda qan. Kəskin çat çox vaxt əməliyyatsız sağalır, xroniki çatın isə müasir həlli var.ƏtraflıParaproktit və anal fistula
Anal nahiyədə ağrılı şişkinlik və qızdırma (abses) və ya dəridə irin axan dəlik (fistula). Abses təcili müdaxilə tələb edir, fistula isə öz-özünə sağalmır.ƏtraflıQəbizlik və həzm pozğunluqları
Xroniki qəbizlik, köp, tualetdə çətinlik. Qəbizlik babasil və anal çatın ən çox rast gəlinən səbəbidir.ƏtraflıBağırsaq polipləri və kolonoskopiya
Çox vaxt əlamət vermir. Kolonoskopiya zamanı aşkarlanıb elə həmin müayinədə götürülür. Kolonoskopiya haqqındaƏtraflıDoğuşdan sonrakı dəyişikliklər
Rektosele, sidik qaçırma, vaginal genişlənmə, aralıq zədələri. Bunlarda utanılası heç nə yoxdur, həlli var.ƏtraflıÖd kisəsi daşı
Sağ qabırğaaltı ağrı, yağlı yeməkdən sonra ürəkbulanma. Laparoskopik üsulla, kiçik kəsiklərlə əməliyyat.ƏtraflıLipoma və dərialtı törəmələr
Dəri altında yumşaq, hərəkətli şişkinlik. Yerli keyləşdirmə altında, kiçik kəsiklə çıxarılır.Ətraflı
Niyə Dr. Ellada Manafova?
Qadın cərrah, qadın komanda
Əməliyyatlar qadın cərrah və qadın anestezioloji komanda ilə aparılır. İntim nahiyədə müayinə və əməliyyatdan çəkinən xanımlar üçün bu, böyük rahatlıqdır.Tam məxfilik
Müayinə məxfi şəraitdə keçir. Xəstənin razılığı olmadan onun tibbi məlumatları heç kimlə paylaşılmır, heç bir foto və ya video da çəkilmir.Əvvəl diaqnoz, sonra qərar
Hər şikayət əməliyyat demək deyil. Kəskin anal çat, erkən mərhələ babasil və qəbizliyin bir çox forması əməliyyatsız müalicə olunur. Cərrahiyyə yalnız həqiqətən lazım olanda təklif edilir. Nə vaxt əməliyyat lazımdır?Müasir və az travmatik üsullar
Babasildə lazer (LHP), LigaSure və Longo, xroniki anal çatda spazmı aradan qaldıran qısa əməliyyatlar, öd kisəsində laparoskopiya. Məqsəd ağrını azaltmaq və gündəlik həyata tez qayıtmaqdır. Lazerlə müalicə haqqındaBir anesteziya, bir neçə həll
Göstəriş olduqda bir neçə problem eyni seansda həll olunur, məsələn, babasil, rektosele və sidik qaçırma. Xəstə bir dəfə anesteziya alır və bir bərpa dövrü keçirir.20 ildən artıq cərrahi təcrübə
Mülki və hərbi cərrahiyyədə keçən illər, beynəlxalq konqreslər və lazer cərrahiyyəsi üzrə təlimlər.
Xəstələrimiz nə deyir?
- «Çox qorxurdum, amma heç nə hiss etmədim.» Əməliyyatdan dərhal sonra xəstəmizin ilk sözləri.
- «Boş yerə qorxmuşam, sandığım qədər deyilmiş.» Bərpa əməliyyatından 9 gün sonra xəstəmizin sözləri.
- «Həkimim və klinika komandası inanılmaz dəstək oldu.» Əməliyyatdan sonra xəstəmizin rəyi.
- «Paylaşın ki, heç kim mənim kimi əziyyət çəkməsin.» Eyni seansda altı əməliyyat keçirən xəstəmiz. Babasil, anal çat, yırtıqlar və qarın dərisinin korreksiyası bir anesteziya ilə həll olundu.
Hekayələrdəki xəstələrin çoxu müalicəni illərlə təxirə salıb: bəziləri 15, bəziləri 30 il gözləyib. Xəstə hekayələrini oxuyun. Hər xəstənin vəziyyəti fərdidir, nəticələr fərqli ola bilər.
Tez-tez verilən suallar
Proktoloq hansı xəstəlikləri müalicə edir?
Proktoloq yoğun və düz bağırsağın, anal kanalın və onu əhatə edən toxumaların xəstəlikləri ilə məşğul olur: babasil, anal çat, paraproktit, anal fistula, poliplər, anal qaşınma, qəbizlik və bağırsaq qanaxmaları. Ətraflı məlumat proktoloq haqqında məqalədədir.
Proktoloji müayinə ağrılıdır?
Əksər hallarda yox. Müayinə qısadır, yan üstə uzanmış vəziyyətdə və məxfi şəraitdə aparılır. Kəskin ağrı olduqda keyləşdirici gel istifadə olunur.
Babasil əməliyyatsız keçə bilər?
Erkən mərhələlərdə çox vaxt əməliyyatsız müalicə olunur: qidalanma, su rejimi, tualet vərdişləri və həkimin təyin etdiyi vasitələr kifayət edir. İrəliləmiş mərhələlərdə isə cərrahi müalicə lazımdır. Ətraflı: babasil müalicəsi.
Bakıda qadın proktoloq harada qəbul edir?
Dr. Ellada Manafova Bakıda, Olimp Hospitalda, İnşaatçılar prospekti 8-10ndə qəbul edir. Qəbul əvvəlcədən yazılışla aparılır.
Qəbula necə yazılmaq olar?
nömrəsinə zəng edin və ya WhatsApp-a yazın. Ən sürətli yol WhatsApp-dır. Başqa suallar üçün sual-cavab səhifəsinə baxın.
Qəbula yazılın
Olimp Hospital, İnşaatçılar prospekti 8-10, Bakı. Bazar ertəsi – şənbə. Telefon və WhatsApp: . Ünvan, xəritə və qəbula hazırlıq əlaqə səhifəsindədir.
Tibbi baxış: Op. Dr. Ellada ManafovaSon yenilənmə:
Bu səhifədəki məlumat maarifləndirmə xarakterlidir və həkim müayinəsini əvəz etmir. Şikayətiniz varsa, müayinəyə yazılın. Təcili hallarda 103 nömrəsinə zəng edin.
